Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2023 23:52
Türkiyə lirəsi bu gün yeni rekord həddə düşüb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, hazırda 1 dollar 18,96 lirəyə bərabərdir.
Qeyd olunur ki, Türkiyənin milli valyutasının dəyərdən düşməsi investorların bu ilin fevralında ölkədə baş vermiş güclü zəlzələlərin iqtisadi nəticələri barədə qiymətləndirmələri ilə bağlıdır.
Xatırladaq ki, dollar Türkiyədə 6 aya yaxındır stabil olaraq 18,5 lirə ətrafında dəyişirdi.