Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2023 08:42
Martın 8-də ölü tapılan hərbi çağırışçı Andranik Ohanyan keçmiş müdafiə naziri, "Ermənistan" blokunun parlament fraksiyasının rəhbəri Seyran Ohanyanın əmisi nəvəsi imiş.
Sonxeber.net Musavat.com-a istinadən bildirir ki, barədə Hraparak.am məlumat yayıb.
Xatırladılır ki, martın 8-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Andranik Ohanyanın meyiti aşkarlanıb.
Daha sonra Ermənistan İstintaq Komitəsi elan edib ki, martın 8-də Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin Berd şöbəsinə həmin gün Ermənistan Nazirliyinin N-ci hərbi hissəsinin çağırışçı hərbçisinin meyitinin olması barədə məlumat daxil olub.
Müdafiə Nazirliyinin nümayəndəsi Andranik Karoyeviç Ohanyan hərbi toplanış məntəqəsinin yaxınlığındakı meşədə ağacdan asılı vəziyyətdə tapılıb. Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 522-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.