Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan: Əsrin fəlakəti seçkini ikinci plana saldı

Ərdoğan: Əsrin fəlakəti seçkini ikinci plana saldı

Tarix: 10 Mart 2023 15:44

6 fevralda ard-arda baş verən zəlzələlər seçki mövzusunu ikinci plana saldı.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Əsrin fəlakəti olaraq adlandırdığımız bu fəlakət 11 şəhərimizdə ürəklərimizi dağlayan can və mülk itkisinə səbəb oldu. Fəlakətin böyüklüyü, üstəlik hava şəraitinin ağırlığı bizi çətinliyə salsa da, dövlət olaraq, insanlarımızın köməyinə çatdıq. Bu fəlakətdə 47 mindən çox vətəndaşımız həyatını itirdi, 115 mindən çox vətəndaşımız isə yaralı olaraq qurtarıldı. Mən vəfat edən vətəndaşlarımıza bir daha Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm", - Ərdoğan qeyd edib.

Prezident fəlakətin ilk günündən dövlət və millət olaraq bütün güclərini birləşdirib zəlzələdən əziyyət çəkənlərin yanında olduğunu qeyd edib:

"Dövlət nümayəndəlikləri, nazirliklər, bələdiyyələr, könüllülər, həmçinin dost ölkələrdən yardıma gələn qardaşlarımızla ilk gündən ancaq zəlzələ və onun fəsadları ilə məşğul olduq".

Milli.Az


Etiketlər:  Ərdoğan Əsrin fəlakəti seçkini ikinci plana saldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ