Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gülnar Xəlilovanın "Qarabağ" kolleksiyası Stokholm Beynəlxalq Moda Sərgisində təqdim olunacaq

Gülnar Xəlilovanın

Tarix: 11 Mart 2023 10:24

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın "Qarabağ" adlı kolleksiyası yeddinci Stokholm Beynəlxalq Moda Sərgisində (Stockholm International Fashion Fair) təqdim olunacaq.

Martın 12-də Grand Hotel Stockholm -da keçiriləcək kolleksiyanın nümayişi Azərbaycanın İsveçdəki səfirliyinin dəstəyi ilə təşkil olunub. Dizaynerin İsveçdəki kolleksiyalarının üçüncü nümayişidir. Stockholm International Fashion Fair-də dünyanın 45 ölkəsinin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

Milli.Az


Etiketlər:  Gülnar Xəlilovanın Qarabağ kolleksiyası Stokholm Beynəlxalq Moda Sərgisində təqdim olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ