Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran höküməti qızların məktəbdən qorxmasını istəyir - Jalə Təbrizli

İran höküməti qızların məktəbdən qorxmasını istəyir - Jalə Təbrizli

Tarix: 11 Mart 2023 11:12

8 Mart Beynəlxalq Qadınlar Günündə İranda ən önəmli gündəm son vaxtlar qız məktəblərində baş verən kütləvi zəhərlənmə hadisələri idi.

Sonxeber.net amerikaninsesi-nə istinadən xəbər verir ki, hüquq müdafiəçisi Jalə Təbrizli Amerikanın Səsinə müsahibədə zəhərlənmə olaylarını İslam Respublikasının qadınlara qarşı tətbiq etdiyi növbəti repressiası olaraq dəyərləndirir.

İlk dəfə keçən noyabr ayında İranın dini təhsil mərkəzi olan Qum şəhərindəki qız məktəblərində baş verən zəhərlənmə hadisələri son həftələrdə artaraq ölkənin müxtəlif vilayətlərinə yayılıb. Zəhərlənmə olayları nəticəsində İran Azərbaycanı daxil olmaqla, müxtəlif şəhərlərdə çox sayda məktəbli qız xəstəxalanalara yerləşdirilib. Qum şəhərində zəhərlənmələr ilə əlaqədar bir məktəbli qızın öldüyünə dair xəbərlər yayılıb.

İran Azərbaycanında məktəbli qızların zəhərlənməsi ilə əlaqədar keçirilən aksiyalarda həbslər baş verib

"Fikirləşirəm ki, bu zəhərlənmə olayları qadınlara qarşı yeni bir basqı planıdır. Bu günədək İranın 31 vilayətindən 28-də məktəblərdə zəhərlənmə baş verib. Mən deyə bilərəm ki, bu mütəşəkkil bir aktdır. Bu İslam Cümhuriyyəti tərəfindən qız uşaqlarına qarşı bir terror aktıdır," Jalə Təbrizi söyləyir.

İran höküməti martın 7-də zəhərlənmələrdə şüphəli bilinən bir neçə nəfərin həbs edildiyini açıqladı. Ölkənin ali lideri Seyyid Əli Xameneyi bu açıqlamadan bir gün öncə zəhərlənmələrdə əli olanların "ən ağır şəkildə cəzalandırılacağını" ifadə etmişdi.

Xameneyi məktəbli qızlar arasında şübhələnilən zəhərlənməni "bağışlanmayan cinayət" adlandırıb

Jalə Təbrizli deyir ki, "dörd ay əvvəl Qum şəhərində zəhərlənmələr oldu. Kəşfiyyat Nazirliyi dedi ki, səbəbini axtarırıq. 4 ay keçdi bir şey demədilər. Xameneyi bazar ertəsi günü dedi ki, bu işdə əli olanlar gərək ən ağır şəkildə cəzalandırıla və ondan sonra başladılar dedilər ki, bu işi görən bir sıra şəxsləri tutublar. Bunlar o qədər yalan danışıb ki, gözləyirik görək planları nə olacaq, kimləri bunun əsasında edam edəcəklər?"

Hüquq müdafiəçisi əlavə edir ki, "bu qızlar etirazlarda küçəyə çıxdılar. Etirazlarını bildirmək üçün baş örtülərini çıxardılar. İndi bir növ bunları evlərinə qaytarmaq istəyirlər. Bu qızların məktəbdən qorxmasını istəyirlər. O şey ki, Əfqanıstanda olur, istəyirlər bizim məmləkətdə də elə bir siyasət yürütsünlər".


Etiketlər:  İran höküməti qızların məktəbdən qorxmasını istəyir Jalə Təbrizli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ