Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daxili Qoşunların bir qrup hərbi qulluqçusu təltif edildi - SIYAHI

Daxili Qoşunların bir qrup hərbi qulluqçusu təltif edildi - SIYAHI

Tarix: 11 Mart 2023 13:21

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusu təltif edilib.

Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

"Vətən uğrunda" medalı ilə

Məmmədov Elçin Əli oğlu - polkovnik

Zahidov Aydın Tofiq oğlu - polkovnik

"Hərbi xidmətlərə görə" medalı ilə

Əliyev Əfqan Zaman oğlu - polkovnik

Ağamaliyev Almas Bilal oğlu - polkovnik-leytenant

Bağırov Zaur Hacı oğlu - polkovnik-leytenant

Əliyev Elşad Vəli oğlu - polkovnik-leytenant

İldırımov Səxavət Qəfər oğlu - polkovnik-leytenant

Paşayev Azər Qafar oğlu - polkovnik-leytenant

Qubatov Neymət Şərafəddin oğlu - mayor

Mancanov Rasim Abdulkərim oğlu - mayor

Yusubov Etibar Hacımurad oğlu - mayor

Musazadə Turqay Məmməd oğlu - kapitan.

Milli.Az


Etiketlər:  Daxili Qoşunların bir qrup hərbi qulluqçusu təltif edildi SIYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ