Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nə qədər xoşbəxt görünsəm də, olmur''

''Nə qədər xoşbəxt görünsəm də, olmur''

Tarix: 11 Mart 2023 19:00

"Nə xədər xoşbəxt, hər şey yerindəymiş kimi görünsəm də, boşluq dolmur. Hələ o da bir qəhrəman, vətən üçün canından keçən oğul ola. Heç həyat yoldaşım olmasa da, belə oğullar unudulmur".

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Özəl" verilişində deyib. Müğənni şəhid olan həyat yoldaşından bəhs edib:

"Getdim onun məzarını tapdım, bir az məni sakitləşdirdi. Bu gün onların qanı da, torpaqlarımız da alındı. Bu həyatı yaşamağa, əziyyəti çəkməyə dəydi. İnsanlar öz seçimlərindən danışır, mən də seçimimdən peşman deyiləm. Başqa xasiyyətdə biri olsaydım, başqa oğlan seçərdim. Konservatoriyada, qohumlar arasında, tələbə yoldaşlarım, o qədər oğlan var idi ki, mənimlə evlənmək istəyirdi. Mən isə torpaq üçün öləni, bizi yaşadanı seçdim, peşman deyiləm". 


Etiketlər:  qədər xoşbəxt görünsəm olmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ