Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi" "Şamaxı"ya qalib gəldi - YENİLƏNİB

Tarix: 12 Mart 2023 20:54

20:53

Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulub.

Qol.az xəbər verir ki, 3-cü oyun günündə 1 matç keçirilib. "Neftçi" "Şamaxı"nın qonağı olub. Oyun "Neftçi"nin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun digər 4 oyunu 10 və 11 mart tarixlərində keçirilib.

12 mart (bazar)

15:00. "Şamaxı"- "Neftçi" - 0:1

Qol: Mateus Saldanya, 81 (0:1)
Hakimlər: Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov
Şamaxı şəhər stadionu

10 mart (cümə)

"Sabah" - "Sumqayıt" - 4:0 

"Kəpəz" - "Zirə" - 1:1 

11 mart (şənbə)

"Qarabağ" - "Səbail" - 3:0

"Turan Tovuz" - "Qəbələ" - 1:1

N Klublar O Q H M T-F X
1 Qarabağ 26 21 5 0 64-15 68
2 Sabah 26 18 5 3 57-18 59
3 Neftçi 26 17 4 5 47-22 55
4 Zirə 26 10 7 9 30-34 37
5 Qəbələ 26 8 9 9 30-32 33
6 Turan Tovuz 26 7 6 13 20-34 27
7 Sumqayıt 26 5 6 15 17-44 21
8 Kəpəz 26 4 9 13 25-47 21
9 Şamaxı 26 4 8 14 23-41 20
10 Səbail 26 4 5 17 19-45 17

Bombardirlər:

Musa Qurbanlı ("Qarabağ") - 18 qol
Ramil Şeydayev ("Qarabağ") - 17 qol
Emin Mahmudov ("Neftçi") - 13 qol
Coy Lens Mikels ("Sabah") - 13 qol
Aleksey Kaşuk ("Sabah") - 11 qol

---------

08:51

Azərbaycan Premyer Liqasında bu gün XXVI tura yekun vurulacaq.

Milli.Az "Report"a istinadən xəbər verir ki, turun qapanış matçı Şamaxıda keçiriləcək.

Eyniadlı komanda çempionatın iddialı klublarından "Neftçi"ni qəbul edəcək. Son 5 dueldə "Şamaxı"ya qalib gələn "ağ-qaralar" seriyanı davam etdirməyə borcludurlar. Əks təqdirdə, ikinci pillədəki "Sabah"la xal fərqi artacaq.

Bölgə təmsilçisi isə məğlub olmamaqla həm iki illik "Neftçi" tilsimini qırmaq, həm də sonuncu pillədəki "Səbail"dən uzaqlaşmaq niyyətindədir. Üçüncü sıradakı bakılıların aktivində hazırda 52 xal varsa, "Şamaxı" 20 xalla doqquzuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, turun "Kəpəz" - "Zirə" və "Turan Tovuz" - "Qəbələ" görüşləri 1:1 hesablı heç-heçə ilə nəticələnib, "Sabah" "Sumqayıt"ı 4, "Qarabağ" isə "Səbail"i 3 cavabsız qolla üstələyib.

Premyer Liqa

XXVI tur

12 mart (bazar)

15:00. "Şamaxı" - "Neftçi"

Hakimlər: Fərid Hacıyev, Zeynal Zeynalov, Rəhman İmami, Səbuhi Bayramov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Emin Cəfərov

Şamaxı şəhər stadionu

Milli.Az


Etiketlər:  Neftçi Şamaxıya qalib gəldi YENİLƏNİB


RƏYLƏR