Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ordusu son sutkada 1 090 hərbçi itirib

Rusiya ordusu son sutkada 1 090 hərbçi itirib

Tarix: 12 Mart 2023 15:12

Rusiya ordusu son sutkada Ukraynada 1 090 hərbçi itirib.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, bununla da müharibə başlayandan bəri Rusiya ordusunun Ukraynadakı canlı qüvvə itkilərinin sayı 159 090 nəfərə çatıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 466 tank, 6 769 zirehli maşın, 2 108 operativ-taktiki PUA, 493 reaktiv yaylım atəşi sistemi, 2 487 artilleriya sistemi, 259 hava hücumundan müdafiə sistemi, 304 təyyarə, 289 helikopter, 5 348 avtomobil və tanker, 242 xüsusi texnikadan ibarətdir.

Milli.Az


Etiketlər:  Rusiya ordusu son sutkada 1 090 hərbçi itirib


RƏYLƏR