Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təbrizdə güclü partlayış: 7 nəfər öldü

Təbrizdə güclü partlayış: 7 nəfər öldü

Tarix: 12 Mart 2023 21:42

Martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, hadisədə 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bildirilib ki, partlayış 100 evə təsir edib. Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar olayda 3 yaşayış evinin tamamilə dağıldığını açıqlayıb.

Xanbərar partlayışın səbəbi haqqında açıqlama verməyib.

Əraziyə çoxlu sayda xilasedici göndərilib.

Qeyd edək ki, partlayışın baş verdiyi ərazidə SEPAH-a bağlı "Aşuranın 31-ci korpusu"nun yerləşdiyi bildirilir.


Etiketlər:  Təbrizdə güclü partlayış nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ