Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Rusiya məhbus qadınları Donetskdə döyüşlərə cəlb edir” - Ukrayna Baş Qərargahı

“Rusiya məhbus qadınları Donetskdə döyüşlərə cəlb edir” - Ukrayna Baş Qərargahı

Tarix: 13 Mart 2023 13:46

"Rusiya məhbus qadınları Donetsk vilayətindəki döyüşlərə cəlb edir".

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumat bülletenində qeyd olunub.

Bildirilib ki, böyük şəxsi heyətin itkiləri fonunda Rusiya alternativ canlı qüvvə axtarır:

"Ölən məhbusların qatarlarla Donetsk vilayətinə doğru hərəkəti qeyd edilib. Vaqonlardan birində məhkum qadınlar var".

Məlumatda, həmçinin bildirilib ki, müdafiə qüvvələrinin aviasiyası gün ərzində düşmənin zenit-raket kompleksinə, eləcə də qarşı tərəfin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 6 zərbə endirib:

"Rusiyanın şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi 2 əraziyə, həmçinin 2 döyüş sursatı anbarına və yanacaq-sürtkü materialları anbarına zərbələr endirilib".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.


Etiketlər:  Rusiya məhbus qadınları Donetskdə döyüşlərə cəlb edir Ukrayna Baş Qərargahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ