Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mask arıqlatma iynələrinə milyonlar ödədi

Mask arıqlatma iynələrinə milyonlar ödədi

Tarix: 13 Mart 2023 21:04

Dünyanın ən varlı adamı İlon Mask və amerikalı ulduz Kim Kardaşyanın istifadə etdiyi arıqlama iynəsi gündəm olub. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Maskın həmin iynəni istehsal edən şirkətə reklam üçün milyonlarla dollar ödədiyi iddia edilib. 

Məlumata görə, Danimarkanın "Novo Nordisk" əczaçılıq şirkəti tərəfindən istehsal edilən "Wegony" adlı dərmanın arıqlamağa kömək etdiyi və piylənməyə qarşı yüksək səviyyədə effektiv olduğu deyilir. 

Bununla belə, İngilis "Observer" qəzeti dərmanın göründüyü qədər zərərsiz olmadığını göstərən bir hesabat hazırlayıb. Bununla yanaşı, şirkətin bu dərmanın təşviqi üçün dərnəklər təşkil etdiyi və bunlar da daxil olmaqla səhiyyə müəssisələrinə, işçilərə  21,7 milyon funt sterlinq (44 milyon manat) ödədiyi ortaya çıxıb.

Kampaniya çərçivəsində 2019-2021-ci illər arasında 3 min 500 ödəniş həyata keçirilib. Bunlara tədbir sponsorluğu və böyük ianələr daxildir. Ödənişlər qanunidir, lakin "ekspert rəyinin alınması" baxımından problemli hesab olunur. 

Milli.Az


Etiketlər:  Mask arıqlatma iynələrinə milyonlar ödədi


RƏYLƏR