Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2023 12:48
Avropa öldürücü silahlar və zirehli texnikalar göndərməklə Ukrayna konfliktində daha dərinə batır. Bu tendensiya davam edərsə, Ukraynada insan resurslarını tükənəcəyi təqdirdə Avropa ölkələri oraya qoşun göndərməli olacaq.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Macarıstan müdafiə naziri Kriştof Salai-Bobrovnitski deyib.
"Qərb münaqişəni lokallaşdırmaq yox, ümumi müstəviyə çatdırmaq qərarına gəlib. Əvvəlcə sanksiyalara səs verdik, sonra pulla, müdafiə vasitələri ilə yardım etdik, indi "Leopard" tanklarının göndərildiyini görürük - həmçinin qırıcılar gedəcək. Belə davam edərsə, Ukraynada insan resurslarının tükənəcəyi təqdirdə əsgərlər lazım olacaq. Bu da bir növ eskalasiyadır və nəticədə Avropa müharibənin mərkəzində olacaq", - deyə o bildirib.
O qeyd edib ki, müharibənin bitməsi üçün ABŞ və Rusiyanın danışıqları lazımdır, çünki Ukrayna öz taleyini həll etmək iqtidarında deyil:
"ABŞ-ın razılığı olmadan sülh olmayacaq. Bunu hamı bilir. ABŞ, Qərb və azad dünyanın dəstəyi olmasaydı, Ukrayna bu savaşı çoxdan uduzardı".