Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2023 23:20
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Leypsiq"i məğlub etdikdən (7:0, 8:1 ümumi hesab) sonra ictimaiyyətin onu necə qəbul etməsindən danışıb.
"Çempionlar Liqasında uğursuzam. Ardıcıl üç dəfə Çempionlar Liqasını qazansam, yenə də belə olacam.
Culiya Roberts (ispaniyalı onu öz kumiri adlandırırıb) bir müddət əvvəl Mançesterə gəlmişdi.
O, bizim "Mançester Yunayted"dən daha yaxşı olduğumuz bir vaxtda gəldi. 90-cı illərdə ser Aleksin bir çox titullar qazandığı zaman deyil. Amma o, yenə də bizə deyil, "Mançester Yunayted"ə baş çəkməyə getdi", - Sonxeber.net lent.az-a istinadən bildirir ki, Qvardiola vurğulayıb.
Martın 14-də "Leypsiq"lə oyunda Erlin Haaland "şəhərlilər"in heyətində penta-trik edib.
Premyer Liqada Qvardiolanın komandası 27 turda 61 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Arsenal"dan 5 xal geri qalır.