Tarix: 17 Oktyabr 2019 23:16
“Footy Headlines” saytı Avro-2020-nin final mərhələsində istifadə olunacaq topun şəklini yayıb.
Qol.az xəbər verir ki, “Adidas”ın hazırladığı top ağ rəng və üzərində qara, mavi, çəhrayı rəngli zolaqlardan ibarətdir. Top 2018-ci ildə istifadə olunan Telestar topu ilə eyni materialdan hazırlanıb.
Xatırldaq ki, Avro-2020-nin qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakıda keçiriləcək.