Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Övladlığa götürülən kişinin arvadı öz bacısı çıxdı - ŞOK OLAY

Övladlığa götürülən kişinin arvadı öz bacısı çıxdı - ŞOK OLAY

Tarix: 16 Mart 2023 22:24

Uşaqlıqda övladlığa götürülən kişi altı il birlikdə yaşadığı həyat yoldaşının əslində onun bacısı olduğunu öyrənib.

Sonxeber.net Lent.az-a istinadla bildirir ki, ABŞ-dan olan bir kişinin dediyinə görə, valideynləri doğulduqdan dərhal sonra onu tərk ediblər. Ona görə də o, bioloji anası və atası haqqında heç nə bilməyib. Amerikalı xəstə həyat yoldaşına böyrəyini vermək istəyərkən müayinə zamanı təsadüfən həyat yoldaşının onun bacısı olduğunu öyrənib.

Test nəticələri gələndə kişiyə dedilər ki, o, və həyat yoldaşı bəzi göstəricilərdə qeyri-adi dərəcədə yüksək təsadüf faizinə malikdirlər - adətən bu, yalnız qohumlar üçün xarakterikdir. Qohumluq versiyası əlavə sınaqlarla təsdiqlənib.

"Biz qohumuq - yox, zarafat etmirəm. Bundan sonra nə edəcəyimi bilmirəm. O, mənim həyat yoldaşım və uşaqlarımızın anasıdır", - deyə amerikalı bildirib.

Lakin sosial şəbəkə istifadəçiləri kişiyə dəstək olub, ailəsinə cansağlığı arzulayıblar.

Şərhçilər deyirlər: "Sizdə hər şey yaxşıdır, nəyisə dəyişməyin mənası yoxdur".


Etiketlər:  Övladlığa götürülən kişinin arvadı bacısı çıxdı ŞOK OLAY


RƏYLƏR