Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2023 10:20
Soçidə körpəsinə işgəncə verməkdə şübhəli bilinən xam qida blogeri Maksim Lyutı saxlanılıb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, Krasnodar diyarı üzrə İstintaq Komitəsinin yaydığı məlumata görə, 43 yaşlı bloger 33 yaşlı həyat yoldaşı ilə birlikdə Soçinin Vardan kəndində kirayədə yaşayırmış. Qadın bu il, fevralın 11-də evində oğlan uşağı dünyaya gətirib. Valideynlər nə doğuş zamanı, nə də sonra həkimə müraciət ediblər. Maksim azı üç dəfə olmaqla körpəsini anadan alaraq ona bir gün boyunca yemək verməyib. 8 martda uşaq xəstələndiyi üçün valideynlər onu xəstəxanaya aparmaq qərarına gəliblər. Lakin uşaq xəstəxanaya çatdırılmadan dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb. Maksim körpəyə işgəncə verməkdə şübhəli bilinir və istintaq blogerin həbsi ilə bağlı məhkəməyə vəsatət vermək niyyətindədir.
Hazırda körpənin anası da ehtiyatsızlıqdan uşağın ölümünə səbəb olmaqda ittiham olunur və ev dustaqlığındadır. Onu iki ilə qədər həbs gözləyir.
Qeyd edək ki, Maksim xam qida pəhrizi üzrə blogerdir.