Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Taliban” marixuananın yetişdirilməsini qadağan etdi

“Taliban” marixuananın yetişdirilməsini qadağan etdi

Tarix: 19 Mart 2023 12:12

Əfqanıstan ərazisində marixuananın yetişdirilməsi qadağan edilib. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə göstəriş hazırda Əfqanıstanda siyasi hakimiyyətdə olan "Taliban" hərəkatının lideri Heybətullah Axundzadə tərəfindən verilib.

"Ölkədə marixuananın yetişdirilməsi qəti qadağandır. Məhkəmələrə şəriət qanunlarına uyğun olaraq cinayətkarları cəzalandırmaq tapşırılıb" - "Taliban" liderinin göstərişində yazılıb.

Qeyd edək ki, Əfqanıstan dünyanın ən böyük tiryək və marixuana istehsalçılarından biridir.

Milli.Az


Etiketlər:  Taliban marixuananın yetişdirilməsini qadağan etdi


RƏYLƏR