Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Burun qanaxmasının səbəbi nədir?

Burun qanaxmasının səbəbi nədir?

Tarix: 20 Mart 2023 14:42

Hər il insanların təxminən 5-10%-i fəal şəkildə burun qanaxması ilə qarşılaşır.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu qanaxmaların 90%-i öz-özünə keçib getdiyi halda, digər 10%-nə həkim müdaxiləsi lazım olur. Burun qanaxmasının 8 əsas səbəbini təqdim edirik:

1. Burnu barmaqla və ya hər hansı əşyayla eşmə - Bu, xüsusilə uşaqlarda tez-tez rast gəlinən hadisədir.

2. Travmalar - Hər hansı plastik əməliyyat, üzgüçülük və ya suya baş vurma zamanı yaranan təzyiq, uzunmüddətli spreylərdən istifadə burun qanaxmasına gətirib çıxarır.

3. Burun çəpərində əyrilik - Bu, normal hava axınını pozduğu üçün nəfəs yolunda quruma başlayır və qanaxmaya səbəb olur. Əməliyyatla problem həll olunarsa, qanaxmalar da yoxa çıxar.

4. İstilik sistemləri - Xüsusilə, qış aylarında istilik sistemlərinin nəfəs yollarında yaratdığı quruluq, infeksiya səbəbindən uşaq və yeniyetmələrdə burun qanaxmasına daha çox rast gəlinir.

5. Şişlər - Burun daxilindəki şişlər və sinuslar qanaxmaya səbəb olan amillərdəndir.

6. Hormonal pozğunluq - Hamiləlik dövründə qanın miqdarının artması səbəbindən burun qanaxmalarına tez-tez rast gəlinir.

7. Ürək-damar xəstəlikləri - Yüksək təzyiq, ürək çatışmazlığı kimi problemlər qanaxmalara səbəb olur.

8. Hemofiliya (qanın laxtalanmaması) - Anadangəlmə və ya sonradan yaranan bu xəstəlik daşıyıcıların həyatı üçün böyük risk yaradır. Belə xəstələrdə burun qanaxması tez-tez ortaya çıxan əlamətdir.

Milli.Az


Etiketlər:  Burun qanaxmasının səbəbi nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ