Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000-i ötüb

Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000-i ötüb

Tarix: 21 Mart 2023 05:24

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi hərbçilərin sayı 165 610-a yüksəlib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Son sutkada Rusiya Ukraynada 700-dən çox hərbçi itirib.

Qeyd edək ki, Rusiya qoşunlarının müharibədəki başqa döyüş itkiləri 3 537 tank, 6 869 zirehli maşın, 2 160 operativ-taktiki PUA, 507 reaktiv yaylım atəşi sistemi, 2 577 artilleriya sistemi, 270 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 290 helikopter, 5 415 avtomobil və tanker, 265 xüsusi texnika, 907 qanadlı raketdən ibarətdir.

Milli.Az


Etiketlər:  Rusiyanın Ukraynadakı itkilərinin sayı 165 000 i ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ