Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2023 20:05
Sağalmaz lupus xəstəliyindən əziyyət çəkən dünya şöhrətli müğənni Selena Gomez haqqında yeni iddialar ortaya çıxıb.
Sonxeber.net Lent.az-a istinadla xəbər verir ki, 30 yaşlı amerikalı ulduz Selena Qomez sosial şəbəkə hesabında pərəstişkarlarına açıqlamalar verib.
Müğənni deyib ki, həkimlər ona otoimmun xəstəlik diaqnozu qoyandan sonra səhnədə insult keçirə bilərdi. Buna görə də ifaçı musiqi karyerasına bir müddət ara verib və konsertləri dayandırıb.
Selena onu da əlavə edib ki, xəstəliyin başlanğıcında heç bir əlamət və yorğunluq hiss etməyib. Ancaq həkimlərin sözlərinə görə, müğənni səhnədə insult keçirsəydi, bu, heç də yaxşı sonlanmayacaqdı.
Qeyd edək ki, lupus xəstəliyi zamanı dəridə qırmızı səpgilər və ya qaralmalar yaranır, sinir sistemi sıradan çıxır və əl və ayaqlar əsir. Daha sonra çəki sürətlə azalmağa başlayır. Selena Qomezdə də bu əlamətlər özünü büruzə verib. Hətta rəfiqəsi böyrəyini itirən Selenaya öz böyrəyini bağışlayıb.
Xatırladaq ki, məşhur fenomen Kylie Jenner və model Hailey Bieber bu yaxınlarda Selena Qomezin xəstəliyinə lağ etdikləri üçün geniş insan kütləsi tərəfindən boykot edilmişdi.