Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağda vurulmuş İran sərnişin təyyarəsi: ermənilər etiraf, İran təkzib edir - FOTO

Qarabağda vurulmuş İran sərnişin təyyarəsi: ermənilər etiraf, İran təkzib edir - FOTO

Tarix: 24 Mart 2023 12:54

1994-cü il martın 17-də Dağlıq Qarabağdakı terror birləşmələri tərəfindən Xankəndi üzərində İranın "Lockheed C-130 Hercules" təyyarəsi vurulub. O vaxt medianın yazdığına görə, təyyarədə 13 nəfər heyət, eləcə də İranın Moskva səfirliyi əməkdaşlarının 19 nəfər ailə üzvü (9-u uşaq olmaqla) olub. Novruz bayramını qeyd etmək üçün ölkələrinə gedən təyyarədəki şəxslərin hamısı həlak olub.

İlkin versiyaya görə, təyyarə Rusiya, Gürcüstan və Ermənistan üzərindən uçaraq İranın hava məkanına daxil olmalı imiş. Amma nədənsə marşrutdan çıxaraq Gürcüstandan Ermənistana deyil, Azərbaycan ərazisinə dönüb. Azərbaycan ərazisində isə (Qarabağ bölgəsində) aktiv hərbi əməliyyatlar gedirdi. Azərbaycanın Qarabağ bölgəsində terrorçu birləşmələrin nəzarətində olan ərazilərdə isə hərbi-diplomatik qaydalar gözlənilmirdi. Bu səbəbdən terror birləşmələri nəzarət etdikləri hava məkanına daxil olan təyyarənin Azərbaycana məxsus olduğunu zənn edərək, dəqiqləşdirmədən atəş açmışdılar. Bəlli olub ki, İrana məxsus "Lockheed C-130 Hercules" sərnişin təyyarəsi "Osa" ZRK tipli raketlə məv edilib.

Sonradan məlum olur ki, pilot dispetçerə idarəetmədə problemlər olması barədə xəbərdarlıq siqnalı göndərib. Lakin dəhşətli terror hadisəsi törətmiş birləşmələr səhv etdiklərini anlasalar da, bu mesajı əldə dəstəvuz edərək, təyyarənin yerə çırpılması nəticəsində qəzaya uğradığını iddia ediblər.


Etiketlər:  Qarabağda vurulmuş İran sərnişin təyyarəsi ermənilər etiraf İran təkzib edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ