Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2019 13:56
“iOS 13” əməliyyat sisteminin təqdim edilməsindən bir ay sonra bu platforma “Apple” smartfonlarının 50%-nə quraşdırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, hazırda “iPhone” smartfonlarının 41%-i “iOS 12”, 9%-i isə köhnə əməliyyat sistemlərinin idarəetməsi altında işləyir. Statistikaya görə, son ildə təqdim edilmiş “iPhone” smartfonlarının 55%-nə “iOS 13” sistemi quraşdırılıb.
“iOS 13” versiyası 19 sentyabr 2019-cu il tarixindən yükləmə üçün əlçatandır. “Apple” şirkəti iddia edir ki, yeni əməliyyat sisteminin yenilənməsi 60% daha az yer tutur və proqramların yüklənməsinə 50% daha az vaxt tələb olunur. Həmçinin “Face ID” sifət tanıma sisteminin işləmə sürəti 30% artıb.
“iOS 13” sistemində əsas yeniliklərdən biri qara rəng sxemi olub. Bu rejim aşağı işıqlandırma vaxtı məzmuna baxış üçün əlverişlidir. Kənar proqramçılar öz proqramlarına qara rejimi əlavə edə bilərlər.
Emil Hüseynov