Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2023 21:40
Məşhur müğənni Özcan Dənizə şillə vuraraq onun köynəyini cırmaqda ittiham edilən eks-həyat yoldaşının cəzası məlum olub.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, ittihama görə, Feyza Aktan övladını görmək üçün keçmiş arvadının yaşadığı evə gedən Özcan Dənizi vurmuş, onun köynəyini cırmışdı. Müğənninin keçmiş həyat yoldaşına məhkəmə tərəfindən "yüngül xəsarət" və "mala ziyan vurmaq" ittihamı ilə ümumilikdə 7500 TL-lik (668 AZN) cəza kəsilib.
Məhkəmə təqsirləndirilən Feyza Aktanı "yüngül xəsarət" maddəsi ilə 4500 lirə (401 AZN), "mülkiyyətə ziyan vurma" cinayətinə görə isə 3 min lirə (267 AZN) cərimələyib.
Bundan əlavə, həmçinin Feyza Aktanın bacısı Eda Aktan da təhqirə görə 2610 lirə (232 AZN) cərimələnib.