Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2023 08:04
Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan jurnalistlərlə söhbətində baş nazir Nikol Paşinyanın hazırkı hökumətin 2018-20-ci illərdə əvvəlki 10 ildə alınandan daha çox silah aldığı barədə dediklərinə reaksiya verib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki,üçüncü prezident qeyd edib ki, bu bəyanat hazırkı idarəçilərin fəaliyyət tərzinə və mahiyyətinə xas olan açıq-aşkar yalandır.
"Ermənistanın indiki rəhbərlərinin ən güclü tərəfi onların utanmamasıdır. Utanc hissi olmadan başqasının gözünün içinə baxıb yalan danışa bilərlər", - Serj Sərkisyan bildirib.
O, deyib ki, Paşinyanın qeyd etdiyi illərdə biz döyüş hazırlığına onların bu iki ildə əldə etdiklərindən daha çox sursat xərcləmişik. "Ya xəbəri olmayanlara, ya da yaddaş itkisindən əziyyət çəkənlərə xatırlatmaq istəyirəm ki, o vaxt bizim S-300 diviziyalarımız var idi və regionda yeganə idi. Bizim uzaqmənzilli raketlərimiz var idi, bu müddət ərzində biz cəmi 100 vahiddən çox ağır zirehli texnika, yüzlərlə müasir hava hücumundan müdafiə sistemi, on minlərlə iriçaplı döyüş sursatları, təkcə 100 milyon vahiddən çox odlu silah əldə etmişik. İskəndərlər və digər güclü silahlar..."
S.Sərkisyan Paşinyan hökumətinin aldıqlarını da sadalayıb: "Nə aldılar? Heç bir fayda gətirməyən 3 təyyarə, dəyərini itirmiş bir neçə onlarla köhnə Osa-AK kompleksi?"
Eks-prezident qeyd edib ki, hərbi işlərdən xəbəri olan hər bir savadlı şəxs silah-sursatın müqayisəsini çox gözəl bilir.
Üçüncü prezident hərbi xərclər üçün nəzərdə tutulan vəsaitlərə də toxunaraq vurğulayıb ki, burada önəmli olan onlardan nə dərəcədə məqsədyönlü istifadə olunmasıdır.