Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Messinin "Barselona"ya keçməsi mümkün deyil" - La Liqa prezidenti

Tarix: 25 Mart 2023 15:24

La Liqanın prezidenti Xavyer Tebas argentinalı hücumçu Lionel Messinin "Barselona"ya qayıtmasına münasibət bildirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, Messinin Kataloniya klubundakı əlverişsiz iqtisadi vəziyyətə görə hazırda "Barselona"ya qayıtmasının mümkünsüz olduğunu qeyd edib:

"Messi gələn mövsüm "Barselona"da olacaq? Kataloniya klubunun hazırkı iqtisadi vəziyyəti ilə bu demək olar ki, mümkün deyil, çünki Messinin böyük maaşı var. PSJ və "Barselona"nın maaşları çox oxşardır, lakin PSJ-nin pul daxilolmaları var".

Xatırladaq ki, Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. 18 il "Barselona"da qaldıqdan sonra argentinalı komandanı tərk etmək qərarına gəlib. Messi Kataloniya klubu ilə on dəfə İspaniya çempionu və dörd dəfə Çempionlar Liqasının qalibi olub.

Messi bu mövsüm bütün turnirlərdə PSJ-nin heyətində 29 oyuna çıxıb, 18 qol vurub və 16 məhsuldar ötürmə edib.

Dekabrda Messi Argentina millisinin heyətində finalda Fransanı penaltilər seriyasında məğlub edərək dünya çempionu olub. Turnirdə yeddi qol vurdu, üç məhsuldar ötürmə etdi və ən yaxşı oyunçu kimi tanındı.

Milli.Az


Etiketlər:  Messinin Barselonaya keçməsi mümkün deyil La Liqa prezidenti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ