Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Üstümüzə axçilər gəlir - Papikyan qadın alayında

Üstümüzə axçilər gəlir - Papikyan qadın alayında

Tarix: 25 Mart 2023 21:24

Martın 25-də Ermənistanın müdafiə naziri Suren Papikyan qadın alayı üçün nəzərdə tutulmuş N saylı hərbi hissənin ərazisinə və çağırışçı qadınların tədris mərkəzinə baş çəkib.

Milli.Az musavat.com-a istinadən bildirir ki,bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib.

Papikyan ərazini gəzib, tikililərin şəraiti ilə yerindəcə tanış olub.

Müdafiə Nazirliyinin əsaslı tikinti və şəxsi heyətin yerləşdirilməsi idarəsinin rəisi vəzifəsini icra edən Suren Papikyana hərbi hissənin bina və tikililərinin seysmik müqaviməti, eləcə də yenidən qurulacaq və təmir olunacaq binaların təfərrüatları barədə məlumat verib. Eyni zamanda nazir layihə və tikinti işlərinin müddətləri ilə bağlı müvafiq tapşırıqlar verib.

Beləliklə, ordusunu kişilər hesabına komplektləşdirə bilməyən - 44 günlük müharibədə 10 min hərbçisi fərarilik edən ölkədən söhbət gedir - Ermənistan indi qadınların ümidinə qalıb... Üstümüzə axçilər gəlir!

Milli.Az


Etiketlər:  Üstümüzə axçilər gəlir Papikyan qadın alayında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ