Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən ilin ən sensasiyalı filmi necə çəkilib?

Ötən ilin ən sensasiyalı filmi necə çəkilib?

Tarix: 26 Mart 2023 19:45

Şarlotta Uelsin ötən il ekranlara çıxmış " Günəşim mənim" filmi ötən ilin sensasiyası sayılır. Film nüfuzlu Kann və BAFTA, "Oskar" mükafatlarına layiq görülüb.

Sonxeber.net Lent.az-a istinadən xəbər verir ki, filmin rejissoru insanlarda maraq oyatmış bu filmin necə çəkilməsi barədə danışıb. O qeyd edib ki, Britaniya istehsalı olan filmdə hər kəs öz keçmişini, uşaqlığını gördüyündən maraqla qarşılanıb.

Filmə baxarkən elə təəssürat yaranır ki, o ailə fotolarından və həvəskar videogrüntülərdən toplanmış çoxlu kadrların cəmidir. Rejissor filmdə öz ailə albomları və videoarxivlərindən yetərincə istifadə edib.

Qeyri-adi çəkiliş texnikası olan "Günəşim mənim" filmi elə çəkiliş formasına görə sensasiya sayılır. Film 1990-cı illəri əhatə edir. Həmin illərin geyimləri, musiqiləri orta nəslin nümayəndələri üçün çox doğmadır və film sanki 30 yaşdan yuxarı bütün insanları evinə, keçmişə, öz dünyasına səyahətə aparır. 


Etiketlər:  Ötən ilin sensasiyalı filmi necə çəkilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ