Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oqtay Əliyev ölümündən əvvəl qardaşı ilə nə danışıb? - VİDEO

Oqtay Əliyev ölümündən əvvəl qardaşı ilə nə danışıb? - VİDEO

Tarix: 27 Mart 2023 16:15

Məşhur televiziya aparıcısı Elçin Əlibəyli martın 22-də axşam saat 18:00 radələrində Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən qardaşı, Əməkdar mədəniyyət işçisi, "SOY" productionun rəhbəri Oqtay Əliyevin ölümündən danışıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, Elçin "Xəbər-ətər" verilişinə müsahibəsində qardaşı Oqtayla ölümündən bir neçə saat əvvəl telefonda danışdığını açıqlayıb.

"Baş verən hadisə və qardaşımın ölümü ilə bağlı deməyə də hələki sözüm yoxdur. Sonuncu dəfə Oqtayla hadisə baş verməzdən təxminən bir saat yarım əvvəl telefonda danışmışam. Uzun-uzadı onunla nəsə müzakirə edirdik. Gün boyunca Oqtayla ən azı 4-5 dəfə zəngləşib, nə haqdasa danışırdıq", - deyə mərhumun qardaşı Elçin vurğulayıb.

Qeyd edək ki, O.Əliyev 22 mart tarixində axşam saat 18:00 radələrində avtomobil qəzasında dünyasını dəyişib.

Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almasa da, M.Zəki hazırda xəstəxanada müalicə alır.

Milli.Az


Etiketlər:  Oqtay Əliyev ölümündən əvvəl qardaşı ilə danışıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ