Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Simonyan: Bu pulla Ukraynanı satın alaq!

Simonyan: Bu pulla Ukraynanı satın alaq!

Tarix: 27 Mart 2023 17:38

Rusiya Avropadakı dondurulmuş aktivləri müqabilində Ukraynanı satın ala bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu "Rossiya Seqodnya" media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan deyib.

"Mənim ağlıma belə bir fikir gəlir, deməli, Mərkəzi Bankımızın 300 milyard dollarlıq aktivinə həbs qoyulub. Onları bizə verə bilməzlər, çıxış yolu təklif edirəm - bu pulu bizimlə olmaq istəyən insanların yaşadığı torpaqları almağımıza ödəsinlər. Bu prinsipialdır - bizimlə olmaq istəyənlərə ehtiyacımız var, bizə yad adamlar lazım deyil. Şəxsən mənə Lvov lazım deyil. Bizə nifrət edən bu insanlara niyə ehtiyacımız olsun? Amma öz torpaqlarında bizimlə olmaq istəyən insanlar da var və bu pullar sanki onlar üçün Ukraynaya göndərilir. Onlar bunu təzminat adlandıracaqlar, biz isə sadəcə alış adlandıracağıq", - o bildirib.


Etiketlər:  Simonyan pulla Ukraynanı satın alaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ