Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahzadə Diananın qardaşı qızı ailə qurdu - FOTO

Şahzadə Diananın qardaşı qızı ailə qurdu - FOTO

Tarix: 27 Mart 2023 21:00

Mərhum Şahzadə Diananın qardaşı qızı, şahzadələr Uilyamla Harrinin dayısı qızı Ledi Amelia Spenser ailə qurub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, 33 yaşlı fitnes məşqçisi və rieltor Qreq Mallet ilə Cənubi Afrikada nikah masasına əyləşib. Toyu "Hello!" nəşri işıqlandırıb.

Mərasim martın 21-də "Quoin Rock" malikanəsində baş tutub. Toyda Spenserin atası Çarlz Spenser iştirak etməyib. Buna səbəb kimi Çarlzın növbəti evlilyindən sonra övladları ilə münasibət saxlamaması göstərilib. O, daha əvvəl böyük qızı Ledi Kitinin də toyunda iştirak etməmişdi.

Qeyd edək ki, cütlük 14 il idi münasibətdədir və 2020-ci ildə nişanlanmışdı.

Qeyd edək ki, Spenser mərhum Şahzadə Diananın kiçik qardaşı qraf Çarlz Spenser və keçmiş model Viktoriya Lokvudun qızıdır. 

Milli.Az


Etiketlər:  Şahzadə Diananın qardaşı qızı ailə qurdu FOTO


RƏYLƏR