Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Naqelsmann "Bavariya"dan sevgilisinə görə qovulub?

Naqelsmann

Tarix: 27 Mart 2023 22:18

Yulian Naqelsmannın "Bavariya"dan istefaya göndərilməsinin səbəbi sevgilisi olub.

Milli.Az xəbər verir ki, bu iddia Almaniya nəhənginin əfsanəsi Markus Babbelə məxsusdur. Klubla bağlı məlumatlı şəxs sayılan veteran futbolçu "Blick"ə maraqlı açıqlama verib:

"Bilirəm ki, Naqelsmannın "Bild"in jurnalisti ilə münasibətdə olması soyunub-geyinmə otağında böyük mövzu idi. Bu, oyunçular üçün problem idi. Məşqçinin sevgilisinin ən çox oxunan media orqanında çalışması onları çox narahat edirdi. Futbolçular Naqelsmanna etibar etmirdilər. Onlar həmişə ona dediklərinin qəzetdə yer almayacağına şübhə edirdilər.

Nəticədə oyunçularla məşqçi arasında ünsiyyət itmişdi. Naqelsmannın sevgilisi artıq mediada deyil. Buna baxmayaraq, o, məşqçi ilə "Bavariya"nı işıqlandıran "Bild" müxbiri kimi görüşməyə başlamışdı, indi də bu nəşrlə əlaqələri var".

Qeyd edək ki, Markus Babbel 1994-2000-ci illərdə "Bavariya"nın heyətində 261 oyun keçirib, üç titul, o cümlədən UEFA kubokunu qazanıb, Çempionlar Liqasının finalında çıxış edib. Almaniya millisinin heyətində 51 matç keçirən veteran müdafiəçi Avro-96-nın qalibi olub. (publika)

Milli.Az


Etiketlər:  Naqelsmann Bavariyadan sevgilisinə görə qovulub


RƏYLƏR