Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskva səmasında naməlum qara halqa peyda oldu - VİDEO - FOTO

Moskva səmasında naməlum qara halqa peyda oldu - VİDEO - FOTO

Tarix: 28 Mart 2023 17:38

Rusiya paytaxtı Moskvanın Stroqino rayonunun sakinləri atmosferdə izaholunmaz hadisənin şahidi olublar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onlar səmada qara halqanın peyda olduğunu görüblər.

Bu barədə "Readovka" "Telegram" kanalı məlumat verib. Kanaldan bildirilib ki, halqa daha çox "Arrival" ("Gəliş") filmindəki yadplanetlilərin ünsiyyət vasitəsinə bənzəməsi ilə diqqət çəkib.

Bunun nə olduğu hələlik aydınlaşdırılmayıb. Yerli sakinlər müəmmalı halqanın peyda olmasından əvvəl qəribə səs eşitdiklərini deyiblər. Sakinlər hadisəni bacadan qəfil tüstünün çıxması ilə də izah edirlər.

Fövqəladə hallar xidməti isə hələ hadisə ilə bağlı açıqlama verməyib.

Milli.Az


Etiketlər:  Moskva səmasında naməlum qara halqa peyda oldu VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ