Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2023 20:00
"Putin Ermənistana gəlməyəcək və həbs olunmayacaq. Putin yaxşısı öz ölkəsində qalsın".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ermənistan parlamentinin hakim "Vətəndaş Müqaviləsi" fraksiyasından üzvü olan Qaqik Melkonyan Ermənistanın Roma statunu tanıması fonunda Rusiya Prezidentinin İrəvana səfəri zamanı həbs edilməsi ehtimalına toxunarkən deyib.
"Bizə gəldikdə, əgər bu razılaşmanı təsdiqləmişiksə, onda öhdəliyimizi icra etməliyik. Qoy Rusiya Ukrayna ilə problemlərini həll etsin", - o deyib.
Ermənistanın müdafiə nazirinin sabiq müavini olmuş Qaqik Melkonyan Putinin İrəvana gəlməsini istəmədiyini də deyib.
"Əgər bu sənədi imzalamışıqsa, yaxşısı o Ermənistana gəlməsin. Əgər Putin İrəvana gəlsə, onu həbs etməli olacağıq, amma o bunu yaxşı bilir və buna görə gəlmək istəməyəcək", iqtidaryönlü deputat deyib.