Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2023 18:08
Gədəbəyin Musa Yalı kəndinin satışa çıxarılması ilə bağlı yayılan məlumatların əsassız olduğu üzə çıxıb.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Musa Yalı kəndinə qonaq gələn gəncin əyləncə məqsədilə çəkib paylaşdiği video ajiotaj yaradib.
Sosial mediada ''satışa çıxarılan kənd'' başlığı altında paylaşılan videonun çəkilməsində məqsəd əslində fərqli imiş. Bəs bu video necə ortaya çıxıb və niyə çəkilib? Əməkdaşlarımız həmin kənddə olub, bu suala cavab tapıblar.
Məlum olub ki, kəndə qohumugilə gələn gəncin əyləncə məqsədilə çəkdiyi video anlaşımazlığa səbəb olub. Sosial şəbəkədə paylaşılan video narazılıq yaradıb.
Kənd sakinlərinin bir qismi məşğul olduqları təsərrüfat növündən asılı olaraq, əlverişli fəsillərdə yaylaq-qışlaq köçləri edirlər. Onlar yayılan xəbərlərin yalan olduğunu deyirlər.
Həmin videoda kənd sakinlərinə çağırış edən məşhur kababçı Eyvaz kişi də səsləndirdiyi fikirlərin anlaşılmazlığa səbəb olacağını gözləmirmiş. O deyir ki, yalnız özünün yaxın qohumlarının evlərini satmaq məqsədilə çağırış edib.
Qeyd edək ki, Musa Yalı kəndi Gədəbəy rayonunun Dəyə Qarabulaq kənd inzibati ərazi dairəsinə tabedir. Kənd sakinləri qış aylarında başqa ərazilərə köç edirlər. Aprel ayının əvvəllərindən etibarən isə öz doğma yurdlarına qayıtmağa başlayırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: