Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2023 12:42
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, aktyor, Əməkdar artist Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan "Yaşanan yarım əsr" adlı sənədli filmin təqdimatı keçirilib.
Təqdimatda incəsənət xadimləri, teatr və kino mühitinin tanınmış nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Nicat Kazımov açarsq qonaqları salamlayıb. Yaradıcı heyətə və qonaqlara təşəkkürünü bildirib. Bundan sonra tamaşaçılar filmi izləyiblər.
Nicat Kazımovun həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən filmin ssenari müəllifi və qurluşçu rejissoru Vüsal Əsgərov, quruluşçu operatoru Teymur Məmmədov, montaj rejissoru Firdovsi Nəbiyev, səs operatoru Nicat Cəbrayılov, qrim üzrə rəssamı Vüsalə Abbasova, prodüsser Əməkdar artist İlham Əsədovdur.