Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cərimələrin bir hissəsi bu idarəyə köçürüləcək

Cərimələrin bir hissəsi bu idarəyə köçürüləcək

Tarix: 30 Mart 2023 15:57

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə də vəsait köçürüləcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, yol hərəkəti təhlükəsizliyini təmin etmək və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitin 93 faizi Daxili İşlər Nazirliyi, Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi hesabına, 7 faizi isə dövlət büdcəsinə köçürülür.


Etiketlər:  Cərimələrin hissəsi idarəyə köçürüləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ