Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dəriyə yod sürtmək faydasızdır” - Diyetoloq

“Dəriyə yod sürtmək faydasızdır” - Diyetoloq

Tarix: 30 Mart 2023 21:06

Rusiyalı diyetoloq Natalya Kruqlova bildirib ki, bədəndəki yod çatışmazlığını dəriyə yod sürtməklə aradan qaldırmaq cəhdi faydasızdır.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, bu üsulun bir sıra səbəblərdən, o cümlədən apteklərdə satılan yodla qidalarda və məhlullarda olan yod birləşmələrinin fərqli quruluşuna görə işləmədiyini izah edib.

Onun sözlərinə görə, bəzən dəriyə yod şəbəkəsi çəkməklə orqanizmdə bu maddəyə ehtiyacın olub-olmadığını müəyyən etməyə çalışırlar.

"Hesab olunur ki, maddə dəriyə tez hoparsa, deməli bədən yod çatışmazlığı yaşayır. Lakin bu, mifdir" - ekspert bildirib.
O, əlavə edib ki, yod çatışmazlığından xilas olmaq çətin deyil. Bunun üçün müntəzəm olaraq yodlaşdırılmış duz, həmçinin balıq və digər dəniz məhsulları yemək kifayətdir.


Etiketlər:  Dəriyə sürtmək faydasızdır Diyetoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ