Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə təyyarəsinin heyətinə hücum edildi

Türkiyə təyyarəsinin heyətinə hücum edildi

Tarix: 30 Mart 2023 23:20

İstanbul-Sinqapur reysini həyata keçirən Türk Hava Yollarına (THY) məxsus "Boinq" sərnişin təyyarəsinin kabin heyətinə hücum edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, təyyarə Hindistanın Çennai hava limanına məcburi eniş edib.

Belə ki, təyyarə Hindistan hava məkanına çatdığı zaman sərxoş olduğu aşkarlanan sərnişinlərdən biri kabin heyəti ilə mübahisə etməyə başlayıb.

O, heyətə hücum edib, sonra isə özünə xəsarət yetirməyə başlayıb. Təyyarənin kapitan pilotu Çennai hava limanı ilə əlaqə saxlayıb və vəziyyətlə bağlı məlumat verib. Polis qruplarından dəstək istəyib.

Nəticədə təyyarə Hindistanın Çennai hava limanına məcburi eniş edib. Təyyarədə insident törədən sərxoş sərnişin isə nəzarətə götürülüb.

Milli.Az


Etiketlər:  Türkiyə təyyarəsinin heyətinə hücum edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ