Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda avtomobil aşıb, ölən var

Bakıda avtomobil aşıb, ölən var

Tarix: 31 Mart 2023 09:44

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, qəza Maştağa qəsəbəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Rəcəbov Bilal Füzuli oğlu "Toyota Prius" markalı avtomobillə sükana nəzarəti itirib və nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı sürücü aldığı xəsarətlərdən ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Hazırda qəzanın dəqiq səbəbləri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.


Etiketlər:  Bakıda avtomobil aşıb ölən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ