Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğanı dəstəkləməyənlər Türk Dünyasına xəyanət edir - General Həsən Şirinov

Ərdoğanı dəstəkləməyənlər Türk Dünyasına xəyanət edir - General Həsən Şirinov

Tarix: 31 Mart 2023 14:45

"Bu gün, qardaş Türkiyədə prezident seçkiləri gedən bir ərəfədə, Türkə qarşı quduzlaşmış dünya güclərinin birləşdiyi bir zamanda, Türkiyəni, dünyada hec vaxt olmadığı kimi, bağımsız bir qüdrətli dövlətə çevirən cənab Rəcəb Tayyib Ərdoğanı dəstəkləməyən, hər kimsə, bütün Türk Dünyasına və hər şeydən əvvəl Azərbaycana xəyanət etmiş olur".

Bu fikirləri Milli.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəis müavini, polis general-mayoru Həsən Şirinov deyib. 

General xüsusilə vurğulayıb ki, Türkiyənin qələbəsi Azərbaycanın qələbəsi, hər iki qardaş ölkənin birgə qələbəsi haqqın qələbəsidir. Haqqın qələbəsi dünyanın xilası, məzlumların qələbəsidir.

Milli.Az


Etiketlər:  Ərdoğanı dəstəkləməyənlər Türk Dünyasına xəyanət edir General Həsən Şirinov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ