Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Marvel”in rəhbəri bir zənglə istefaya göndərildi

“Marvel”in rəhbəri bir zənglə istefaya göndərildi

Tarix: 31 Mart 2023 17:00

"Walt Disney" şirkəti xərclərin azaldılması kampaniyası çərçivəsində "Marvel Entertainmentin sədri İsaak Perlmutteri istefaya göndərib.

Onun "Disney"də yeddi min iş yerinin ixtisarı çərçivəsində işdən çıxarıldığı bildirilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 80 yaşlı sədrin vəzifədən uzaqlaşdırılması ilə bağlı məlumat ona zəng edilərək verilib. 

Bildirilir ki, Perlmutterin işdən çıxarılması "Disney" şirkətinin baş direktoru Bob Ayqerlə mübahisədən sonra baş verib. Münaqişənin səbəbi 2022-ci ildə "Marvel" sədrinin "Disney"in direktorlar şurasında yer almağa çalışan investor Nelson Peltsi dəstəkləməsi, Aygerin isə buna qarşı çıxması olub.

Qeyd edək ki, Perlmutter 1990-cı illərdə "Marvel Entertainment"ə rəhbərlik edib. O, şirkətin 2009-cu ildə "Disney"ə 4 milyard dollarlıq satışının baş memarı olub. "Forbes"un məlumatına görə, Perlemutterin sərvəti 4 milyard dollar qiymətləndirilir. O, nəşrin milyarderləri siyahısında 683-cü yerdədir.

Milli.Az


Etiketlər:  Marvelin rəhbəri bir zənglə istefaya göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ