Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2023 00:45
Aparıcı Sərxan Kərəmoğlu plastik əməliyyat etdirərək, tanınmaz hala düşüb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, o, bu barədə "Instagram" hesabında məlumat verib.
O, üzgərdirmə, gözətrafı qırışların aradan qaldırılması əməliyyatları keçirib.
"İnsan özünə hörmət etməlidir. Mən də bədənimə, ruhuma hörmət edirəm, yaşlı görünmək istəmirəm. 13 il əvvəl gözümün üst qapağındakı artıq əti götüzdürmüşdüm. 6 aydır göz qapağım sallanırdı, onu etdirdim. Konsertlərə çıxıram, toylara gedirəm, insan tamaşaçıya hörmət etməlidir. Göz ətrafım, üzüm qırış idi. Kosmetoloq vitamin vurmaqdan, botoks doldurmaqdan yorulmuşdu", - deyə, Sərxan paylaşımında bildirib.