Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fazil Mustafaya qarşı terrorla bağlı daha bir 1 nəfər saxlanıldı - YENİLƏNİB - ADLAR - FOTO

Fazil Mustafaya qarşı terrorla bağlı daha bir 1 nəfər saxlanıldı - YENİLƏNİB - ADLAR - FOTO

Tarix: 3 Aprel 2023 12:56

12:52

Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumla bağlı saxlanılan daha bir şəxsin adı məlum olub.

Milli.Az xəbər verir ki, bu, İlkin Süleymanovdur.

O, Xocəsəndə saxlanılıb.

--------
11:09

Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb.

Milli.Az bildirir ki, cinayət işi üzrə 6 nəfərin saxlanıldığı və digər şəxslərlə bağlı araşdırmaların aparıldığı məlum olub.

Saxlanılan bəzi şəxslərin adları məlum olub. Bunlar Səricanov Azər Kamran oğlu, Əsgərov Elşad Tofiq oğlu, Şirinov Səbuhi Vəliyəddin oğludur.

İstintaqa cəlb olunan şəxslərin İran İslam Respublikasına dəfələrlə səfər etdiyi də bildirilir. Saxlanılanlardan Azər Səricanov "Hacı Azər" kimi tanınır və "youtube"da çıxışları yayılıb.

Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z" ünvanında "Kalaşnikov" konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Milli.Az


Etiketlər:  Fazil Mustafaya qarşı terrorla bağlı daha bir 1 nəfər saxlanıldı YENİLƏNİB ADLAR FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ