Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Priqojindən şok: Tatarskini Ukrayna öldürməyib!

Priqojindən şok: Tatarskini Ukrayna öldürməyib!

Tarix: 3 Aprel 2023 14:02

"Vaqner"in rəhbəri Yevgeni Priqojin rusiyalı politoloq Daria Duginanın və hərbi müxbir Vladlen Tatarskinin ölümünün arxasında Ukrayna hakimiyyətinin dayanması iddialarını şərh edib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, Priqojin Sankt-Peterburqdakı kafedə baş verənlərin təfərrüatını hələlik bilmədiyini vurğulayıb.

"Mənə yalnız o məlumat verildi ki, Vladlen Tatarski həlak olub. Partlayış olan kafeni "Cyber ​​​​Front Z" vətənpərvərlik hərəkatına verdim və onlar orada müxtəlif seminarlar keçirdilər. Çox güman ki, bu faciə seminarda baş verib. Daria Duginanın ölümünə gəlincə, bəli, hər şey oxşardır. Amma mən bu hərəkətlərə görə Kiyev rejimini qınamazdım. Düşünürəm ki, burda bir qrup radikal hərəkət edir", - o bildirib.

Qeyd edək ki, Tatarski ötən gün Sankt-Peterburqdakı "Strit-bar" kafesində baş verən partlayışda ölüb. Kafenin "Vaqner"in sahibi Priqojinə məxsus olduğu bildirilir.


Etiketlər:  Priqojindən şok Tatarskini Ukrayna öldürməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ