Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramovun qazaxıstanlı həmkarı ilə telefon danışığı olub

Ceyhun Bayramovun qazaxıstanlı həmkarı ilə telefon danışığı olub

Tarix: 3 Aprel 2023 21:27

3 aprel 2023-cü tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının yeni təyin olunmuş baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub.

XİN-dən Milli.Az-a bildirilib ki, həmkarını Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edən nazir Ceyhun Bayramov, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə dair əminliyini diqqətə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramovun qazaxıstanlı həmkarı ilə telefon danışığı olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ