Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2023 08:40
İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, bu gün daha 2 görüş baş tutub.
"Empoli" evdə "Leççe"ni tək qolla üstələyib. "Sassuolo" - "Torino" matçında isə qalib müəyyənləşməyib.
Hazırda 71 xala malik "Napoli" vahid liderdir. "Latsio" 55 xalla ikinci, "Milan" 51 xalla üçüncü pillədə qərarlaşıb. "İnter"lə "Roma"nın 50, "Atalanta"nın 48 xalı var. 15 xalı silinmiş "Yuventus" isə hazırda 44 xala malikdir.
İtaliya A Seriyası
28-ci tur
1 aprel
Kremoneze - Atalanta 1:3
Qol: Çiofani, 56-pen - De Run, 44. Boqa, 72. Lukman, 90+3.
İnter - Fiorentina 0:1
Qol: Bonaventura, 53.
Yuventus - Verona 1:0
Qol: M.Kin, 56.
2 aprel
Bolonya - Udineze 3:0
Qol: Poş, 3. Moro, 12. Barrou, 49.
Montsa - Latsio 0:2
Qol: Pedro, 13. Milinkoviç-Saviç, 56.
Spetsiya - Salernitana 1:1
Qol: Şomurodov, 70 - Kaldara, 43-öz qapısına.
Roma - Sampdoriya 3:0
Qol: Veynaldum, 57. Dibala, 88-pen. El Şaaravi, 90+4.
Napoli - Milan 0:4
Qol: Leao, 17; 59. B.Dias, 25. Salemakers, 67.
3 aprel
Empoli - Leççe 1:0
Qol: Kaputo, 62-pen.
Sassuolo - Torino 1:1
Qol: Pinamonti, 36 - Sanabriya, 66.