Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gündəlik 150 manatlıq iş təklifi - İnanmayın

Gündəlik 150 manatlıq iş təklifi - İnanmayın

Tarix: 4 Aprel 2023 14:48

Zaman-zaman sosial şəbəkələrdə iş təklifləri ilə qarşılaşırıq. Əksər vaxtlar isə bu təkliflərin yalan olduğu ortaya çıxır.

Belə iş təkliflərinin biri isə Azərbaycan Beynəlxalq Bankı ilə bağlıdır. Belə ki, paylaşılan elanda onlayn köməkçi axtarıldığı deyilir. Və günə 150 manatdan çox maaş təklif olunur.

Milli.Az xəbər verir ki, lent.az məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərovla əlaqə saxlayıb.

Onun sözlərinə görə, bu xəbər yalandır:

"Zaman-zaman belə xəbərlərlə qarşılaşırıq. Bunların hər biri yalan xəbərlərdir. Bizim vakansiyalarımız olduqda rəsmi şəkildə elan edirik".

Milli.Az


Etiketlər:  Gündəlik manatlıq təklifi İnanmayın


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ