Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Baş Prokurorluqda yeni şöbə yaradılıb və rəis təyin olunub

Baş Prokurorluqda yeni şöbə yaradılıb və rəis təyin olunub

Tarix: 4 Aprel 2023 16:24

Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi yənidən təşkil olunub.

Bu barədə Milli.Az-a Baş Prokurorluqdan məlumat verilib.

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən idarənin tərkibində yeni şöbə Sənəd dövriyyəsinin təşkili şöbəsi yaradılıb. Bununla da, qeyd olunan idarədə olan şöbələrin sayı 3-ə çatdırılıb. Yeni yaradılan şöbəyə rəis İsmayıl Ağayev təyin olunub. Qeyd edək ki bu təyinata qədər İsmayıl Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru vəzifəsində çalışıb.

Bundan başqa Baş prokurorun digər müvafiq əmrilə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini- Statistika şöbəsinin rəisi vəzifəsinə Hümbətov Elnur Akif oğlu təyin olunub.

Milli.Az


Etiketlər:  Baş Prokurorluqda yeni şöbə yaradılıb rəis təyin olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ