Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2023 17:24
Azərbaycanda problemli kreditlər yenidən artmağa başlayıb.
Mərkəzi Bankının açıqladığı hesabata əsasən bu ilin fevralında problemli kreditlərin həcmi 22 milyon manat artaraq 606 milyon manata yüksəlib. Yanvarın sonunda isə bu məbləğ 584 milyon manat olub.
Sonxeber.net xəbər verir ki, iqtisadçı Rəşad Həsənovun "Xəbər Ertəsi"nə deyir ki, problem 2023-cü ilin yanvar və fevral aylarında deyil,ötən ilin sonuncu rübündədir. Çünki qanunvericilikdə 90 gündən çox gecikmə olduğu halda, kredit vaxtı keçmiş hesab edilir.
Ekspert deyir ki, Azərbaycanda problemli kreditlərin həcmi 3 faiz ətrafındadır.
Qəbul edilən hədd olmasına baxmayaraq, bu sayı da azaltmaq üçün müəyyən işlər görülməlidir.
Qeyd edək ki, 2022-ci ilin martın 1-də problemli kreditlərin məbləği 690 milyon manat olub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: